Serbiya çətin durumda: Vuçiç Putindən görün nə tələb edəcək

04.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Serbiya prezidenti Aleksandar Vuçiç ABŞ-ın NIS-ə (Serbiyanın Neft Sənayesi) qarşı tətbiq edəcəyi mümkün sanksiyalara görə yanvarın 25-27-də Rusiya lideri Vladimir Putinlə telefon danışığı tələb etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə Serbiya rəhbəri ölkə hökumətinin iclasında bildirib.

Onun sözlərinə görə, Vaşinqton NIS şirkətinə qarşı ümumi və ya maliyyə məhdudiyyətləri deyil, hərtərəfli sanksiyalar tətbiq etmək niyyətindədir ki, bu da ölkəni son dərəcə çətin vəziyyətə salır.

“Bu, xaricdən ölkəmizdə sabitliyi pozmaq cəhdləri ilə bağlıdır? Sübut olmadan heç kimi heç bir şeydə ittiham edə bilmərəm. Amma təbii ki, bu, ölkəmizi çətin vəziyyətə salır”, - Vuçiç bildirib.

Akqabay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью