Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qəbələ"nin sabiq futbolçusu, hazırda Serbiya Futbol Federasiyasında çalışan PRO kateqoriyalı məşqçi Milan Antiç Sportal.az saytına müsahibə verib.
- "Qəbələ" bir ildən sonra Premyer Liqaya yenidən qayıtdı. Yəqin ki, sənin üçün də sevindirici məqamdır...
- “Qəbələ”nin elitaya geri qayıtması məni çox sevindirdi. Real danışsaq, “Qəbələ” orada olmalı idi.
Onları yenidən Premyer Liqada görmək şəxsən məni çox sevindirir. Ümidvaram ki, “Qəbələ” uzun illər yüksək liqada qalacaq.
Artıq bir neçə ildir ki, baş məşqçi də eynidir, dəyişməyib. Fikrimcə, futbolçu sarıdan yaxşı seçim etmək üçün vaxtları da oldu.
“Qəbələ”yə bu mövsüm stabillik arzulayıram. 2026/2027 mövsümündə isə komanda artıq avrokuboklar uğrunda mübarizəyə qoşulmalıdır.
- Yəqin ki, bilirsən, “Qəbələ”nin futbol akademiyası fəaliyyətini məhdudlaşdıracaq.