Serbiya gələn ilin sonunadək Şengenə üzvlüyə hazır olacaq

11.08.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Serbiyanın Avropa İttifaqına inteqrasiyasının uzanması fonunda 2027-ci ilin sonunadək Şengen zonasına qoşulmağa hazır olmağı planlaşdırılır.

525.az xəbər verir ki, bu barədə ölkənin Avropa inteqrasiyası üzrə naziri Nemanya Staroviç bildirib.

"Şengen zonasına qoşulmağa hazır olmaq üçün 2027-ci ilin sonuna qədər tam şəkildə həyata keçirmək istədiyimiz bir fəaliyyət planımız var. Düşünürəm ki, bu, daha bir vacib mövzudur, çünki biz Avropa İttifaqının öz daxilindəki problemlərə görə bu onilliyin sonunadək qurumun əhəmiyyətli dərəcədə genişlənməsinin və ya namizəd ölkələrin tamhüquqlu üzvlüyünün mümkün olmayacağını qəbul edirik", - o bildirib.

Serbiya 2012-ci ildən bəri Aİ-yə namizəd statusuna malikdir və üzvlük danışıqları 2014-cü ildən davam edir. Bu ilin iyul ayında Serbiya prezidenti Aleksandr Vuçiç son beş ildə ölkənin Aİ-yə üzvlük danışıqlarında yeni bir fəsil açmamasından məyus olduğunu bildirib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью