Serbiya İspaniyaya yanğınlarla mübarizə üçün yardım göndərib

28.07.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Serbiya İspaniyada davam edən meşə yanğınları söndürməyə kömək məqsədilə bu ölkəyə helikopter və xilasetmə qrupu göndərib.

XQ "Tanyug"a istinadən xəbər verir ki, Serbiyadan helikopter və yanğınsöndürən-xilasedicilərdən ibarət bir neçə yanğınsöndürmə avtomobili İspaniyada günlərdir davam edən meşə yanğınlarının söndürülməsinə kömək üçün bu ölkəyə yola düşür.

Serbiyaya məxsus helikopter İspaniyada ən kritik ərazilərdə, ilk növbədə Avila, Madrid, Toledo və Kastelyon əyalətlərində yanğınların söndürülməsi əməliyyatlarına cəlb olunacaq.

Yanğınsöndürən maşınlar və onların heyətləri də bölgəyə çatdıqdan sonra bu əməliyyatlara qoşulacaqlar.

Serbiyanın göndərdiyi yardım artıq Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi çərçivəsində Madridə göstərilən dəstəyin davamıdır. Həmin mexanizm vasitəsilə Yunanıstan, İtaliya, Portuqaliya və Türkiyə də İspaniyaya yardım göstərib.

Qeyd edək ki, paytaxt Madridin qərbində davam edən güclü meşə yanğınları səbəbindən İspaniyada altı gündür fövqəladə vəziyyət elan edilib. Avropada müşahidə edilən anomal istilər səbəbilə baş verən yanğın artıq 27 min hektardan çox əraziyə təsir edib. Yerli rəsmilər xəbərdarlıq ediblər ki, region "tarixinin ən dəhşətli yanğınları" ilə üz-üzədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью