Serbiya Ordusu yeni vasitələrini təqdim edib

28.06.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Batajnitsadakı "Polkovnik-pilot Milenko Pavloviç" hərbi aerodromunda Serbiya Ordusunun yeni, modernləşdirilmiş vasitə və sistemlərinin təqdimatı keçirilib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, tədbirdə Serbiya Prezidenti Aleksandar Vuçiç iştirak edib.

A.Vuçiçi müdafiə naziri Bratislav Qaşiç və Serbiya Ordusunun Baş Qərargah rəisi, general Milan Moysiloviç qarşılayıblar.

Təqdimat çərçivəsində Serbiyanın müdafiə sənayesində hazırlanmış yeni vasitələr, eləcə də ölkənin müasir silah və hərbi texnikası nümayiş etdirilib. Bunların arasında döyüş sursatları ilə təchiz olunmuş MiQ-29 və "Orao" təyyarələri, H145 helikopterləri, müxtəlif pilotsuz uçuş aparatları, raket buraxılış qurğuları və atıcı silahlar yer alır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью