Serbiya parlamentinin qarşısında atışma oldu Video

22.10.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Serbiyanın Belqraddakı parlament binası qarşısında atışma olub.

Axar.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

“Bir neçə atəş açıldı, sonra isə çadırın içərisində yanğın baş verdi. Bu, hökumət əleyhinə etirazlar zamanı Prezident Aleksandr Vuçiç tərəfdarlarının qurduğu bir neçə çadırdan biridir.

Hadisə nəticəsində bir kişi yaralanıb. Atəşin kim tərəfindən açıldığı və yanğının necə başladığı bəlli deyil”, - məlumatda bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью