Serbiya parlamentinin sədri “Tələbə siyahısı”nın nümayəndəsi olub

19.11.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Serbiya parlamentinin deputatları "Tələbə siyahısı"nın namizədi Aleksandar Çupiçi parlamentin sədri seçiblər.

525.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Çupiçin namizədliyini 140 deputat dəstəkləyib. Parlament sədri vəzifəsi ilə yanaşı, o, ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən şəxs statusunu da əldə edib.

Çupiç Serbiyanın yeni dövlət başçısının seçilməsi üçün seçkilərin tarixini təyin etməlidir. Serbiya qanunvericiliyinə əsasən, səsvermə dekabrın 27-dən gec olmayaraq keçirilməlidir.

Xatırladaq ki, Serbiyada oktyabrın 25-də növbədənkənar parlament seçkiləri keçirilib və "Tələbə siyahısı" 53,01 faiz səslə seçkilərdə qalib gəlib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью