Serbiya prezidenti Aleksandr Vuçiç istefa verəcəyini bəyan edib

11.06.2026

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Serbiyanın hazırkı prezidenti Aleksandr Vuçiç istefa verəcək.

Azpost.info bildirir ki, o bu barədə Belqrad Radiosuna müsahibəsində deyib.

Vuçiç istefa verdikdən sonra baş nazirliyə namizədliyini irəli sürmək planlarını açıqlayb.

“İstefa verməyi planlaşdırıram, sizə xəbər verəcəyəm, heç kim üçün sürpriz olmayacaq. Prezident iqamətgahında kitab yığmağa başlamışam; çoxlu kitabım var”, – deyə o, Belqrad Radiosunda bildirib.

Onun sözlərinə görə, Serbiya lideri bu qərarı hətta üç-dörd aydan tez verə bilər. O deyib ki, baş nazirliyə namizədliyini hər gün düşünür.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью