Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Serbiya Prezidenti Aleksandr Vuçiç çərşənbə günü parlamentin buraxılması barədə qərar qəbul edib.
Turkustan.az xəbər verir ki, Vuçiç televiziya çıxışında parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı danışıb.
“Əgər belə gərginlik və siyasi münaqişələr olmasaydı, seçkilər bizim üçün lazım olardımı? Əlbəttə ki, lazım olmazdı”, – deyə Vuçiç bildirib.
Onun sözlərinə görə, seçkilərin keçirilməsinin gecikdirilməsi “demokratiyanın yaşamasını təhdid edə bilər”.
Qeyd edək ki, təxminən 12 ildir Serbiyada prezident və ya baş nazir kimi hakimiyyətdə olan Vuçiç son iki ilə yaxındır korrupsiyaya qarşı keçirilən kütləvi etirazlarla üzləşir.
Etirazlar 2024-cü ilin noyabrında Novi Sad şəhərindəki dəmiryol vağzalının üzərindəki örtüyün uçması və 16 nəfərin həlak olmasından sonra başlayıb.
Aytən Yaşar/ Turkustan.az