Serbiya prezidenti: Bu çətin anlarda yanınızdayıq

25.12.2024

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Serbiya Prezidenti Aleksandr Vuçiç Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Bu barədə Aleksandr Vuçiç "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib: "Qazaxıstandakı təyyarə qəzası xəbərini dərin kədərlə öyrəndim. Prezident İlham Əliyevə, həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verirəm. Bu çətin anlarda yanınızdayıq".

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью