Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
Serbiya prezidenti Aleksandar Vuçiç keçirdiyi mətbuat konfransında sentyabrın sonunda istefa verəcəyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərinə sıravi namizəd statusunda hazırlaşacağını bildirib.
"Nyu-Yorkdan qayıdan kimi, sentyabrın 25-də və ya 26-da istefa verəcəyəm və bundan sonra seçki kampaniyasına sıravi vətəndaş kimi qoşulacağam", deyə o bildirib.
Vuçiç parlamentin buraxılması və parlament seçkilərinin oktyabrın 25-də keçirilməsi barədə fərmanları imzalayıb.
İyunun sonunda Vuçiç yaxın vaxtlarda istefa verəcəyini və dövlət başçısının, eləcə də parlamentin növbədənkənar seçkilərini təyin edəcəyini açıqlamışdı. Siyasətçi həmvətənlərinə dəstək və etimada görə təşəkkür edib və bunlar olmadan “bu illər ərzində görülən işlərin heç birini” həyata keçirə bilməyəcəyini deyib.
İyul ayında Serbiya prezidenti ölkədə parlament seçkilərinin təyin olunmasından sonra istefa verəcəyini açıqlamışdı. Dövlət başçısının sözlərinə görə, o, artıq əşyalarını tədricən yığmağa başlayıb.
Aydın