Serbiya prezidenti kütləvi etirazlar fonunda istefası ehtimalından danışıb

16.03.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə baş verən etirazlar fonunda istefa verməyə hazırlaşmır.

Oxu.Az "Gazeta.ru"ya istinadla xəbər verir ki, o, bunu Belqradda müxalifətin böyük mitinqinin keçirilməsindən sonra mətbuat konfransında bildirib.

Serbiya lideri vurğulayıb ki, ordunun hesablamalarına əsasən, Belqradda keçirilmiş etirazlarda 88 min nəfər iştirak edib, polis isə iştirakçıların sayının 107 min nəfər olduğunu bəyan edib.

Onun sözlərinə görə, bu rəqəmlər müxalifətçilərin özlərinin göstərdiyi rəqəmlərdən xeyli azdır.

2024-cü ilin noyabrından Serbiyada tələbələrin və müxalifətin hökumətə qarşı aksiyaları keçirilir. Etirazların əsas səbəbi ötən il noyabrın 1-də Novi-Saddakı dəmiryol vağzalında 15 nəfərin ölümü ilə nəticələnən faciədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью