Serbiya Prezidenti Milli Təhlükəsizlik Şurasının iclasını keçirib

19.08.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Belqrad, 19 avqust, AZƏRTAC

Serbiya Prezidenti Aleksandar Vuçiçin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası olub.

AZƏRTAC xəbər verir ki, prezident sarayında keçirilən iclasda ölkənin Baş naziri Duro Macut, Milli Assambleyasının sədri Ana Brnabiç, müdafiə, daxili işlər, ədliyyə nazirləri, Baş Qərargah rəisi, polis bölmələrinin rəhbərləri, prokurorluq və məhkəmə orqanlarının nümayəndələri iştirak ediblər.

Toplantı barədə mətbuata açıqlama verilməyib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью