Serbiya Prezidenti: Trampın qələbəsi dünyaya ümid gətirdi VİDEO

11.11.2024

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

ABŞ-də keçirilən prezident seçkilərində Donald Trampın qələbə qazanması dünyaya ümid gətirdi.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində Bakıda səfərdə olan Serbiya Prezidenti Aleksandar Vuçiç jurnalistlərə açıqlamasında deyib.

“Düşünürəm ki, ABŞ-də dəyişikliyin baş verməsi vacibdir. Onun (Donald Trampın – red.) qələbəsi dünyaya həqiqi ümidlər gətirdi”, - Vuçiç qeyd edib.

O "1.5 dərəcəyə nail olmağın mümkün olduğunu düşünürsünüzmü?" sualına isə belə cavab verib:

"Tam əmin deyiləm. Bununla bağlı bir qədər skeptikəm. Amma, ümidvaram ki, biz irəliləyiş əldə edəcəyik. Biz bu vaxtadək danışdıqlarımız barəsində nailiyyət əldə etməmişik. Amma ümidvaram ki, həm indi, həm də gələcəkdə daha yaxşı nə isə edəcəyik."

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью