Serbiya prokurorluğu Vuçiçi ittiham etdi

05.11.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Serbiya Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Prezident Aleksandr Vuçiçi vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə Serbiya prokurorluğu məlumat yayıb.

“İttiham Serbiya prezidenti ilə noyabrın 3-də Milomir Mariçin “TV Prva” kanalında yayımlanan müsahibəsinə görə başladılıb. Söhbət əsnasında Vuçiç prokurorluq tərəfindən başladılan araşdırmaları “uydurma” adlandırıb. Dövlət başçısı bu cür açıqlamalarla prezident statusundan və səlahiyyətlərindən istifadə edərək başlanmış işlərin gedişatına və nəticəsinə icazəsiz təsir göstərməyə çalışır”, - məlumatda deyilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью