Serbiya Putinin dünya liderləri ilə gizli danışıqlarını ifşa etdi

02.04.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Serbiya Prezidenti Aleksandar Vuçiç, Rusiya prezidenti Vladimir Putinlə gizli danışıqlar aparan ən azı iki dünya liderini tanıdığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Vuçiç bloqqer Mario Naufalunun YouTube kanalına verdiyi müsahibədə danışıb.

Vuçiç, sual verildikdə, Macarıstanın baş naziri Viktor Orban və ya Slovakiyanın baş naziri Robert Fiko haqqında heç bir açıqlama verməyib.

Bundan əvvəl, Serbiya prezidenti Putinlə mayın 9-da keçiriləcək görüşün, son 3,5 ildəki ilk görüş olacağını bildirmişdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью