Serbiya Rusiya ilə bir sıra hərbi müqavilələrə xitam verib

08.01.2025

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Serbiya dünyada vəziyyət normallaşana qədər Rusiyadan silah tədarükü ilə bağlı bəzi müqavilələrə xitam verib”.

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Serbiyanın Baş Qərargah rəisi Milan Moysiloviç məlumat yayıb.

“Rusiya Federasiyasından silah tədarükünə gəlincə, bu, hazırda praktiki olaraq mümkün deyil. Qlobal səviyyədə beynəlxalq münasibətlərdəki vəziyyətin normallaşacağı və razılaşmaların həyata keçirilməsinə imkan verəcəyi ümidi ilə bəzi müqavilələrə xitam verdik, bəzilərini isə təxirə saldıq”, - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью