Serbiya seçkilərdən sonra Rusiya ilə əməkdaşlığı davam etdirəcək

16.10.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Serbiyanın baş nazirinin müavini, daxili işlər naziri İvitsa Daçiç parlament seçkilərindən sonra ölkəsinin Rusiya ilə əməkdaşlığı davam etdirəcəyini bildirib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Daçiç bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə danışıb. O, Serbiya və Rusiyanın tarixən qardaş və dost ölkələr olduğunu vurğulayaraq, iki ölkə arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib. Serbiya Baş nazirinin müavini bildirib ki, xalqlar arasında qardaşlıq və dostluq münasibətləri əsrlər boyu davam edib.

Daçiç Şoyqu ilə uzunmüddətli münasibətlərinin olduğunu da qeyd edib. Onun sözlərinə görə, Şoyqunun Serbiyaya dəstəyi 1999-cu ildə NATO-nun Yuqoslaviyanı bombaladığı dövrdən başlayıb. Serbiya xalqının göstərilən yardım və dəstəyə görə Rusiyaya minnətdar olduğunu bildirən Daçiç, iki ölkə arasında əməkdaşlığın nümunəsi kimi Niş şəhərində yaradılmış Rusiya-Serbiya Humanitar Mərkəzini göstərib.

Onun sözlərinə görə, 15 illik tarixə malik mərkəz ikitərəfli əməkdaşlığın simvollarından biridir. Daçiç Moskvaya planlaşdırılan səfərini təxirə salmasının səbəbini də açıqlayıb. O, mart ayında Rusiyaya səfər etməyi planlaşdırdığını, lakin səhhətində yaranan problemlər səbəbindən bunu həyata keçirə bilmədiyini deyib. Bu ilin əvvəlində Daçiç ağır pnevmoniyadan əziyyət çəkib. Daha sonra o, yenidən daxili işlər naziri vəzifəsinə təyin olunub. Serbiyada növbədənkənar parlament seçkilərinin oktyabrın 25-də keçirilməsi planlaşdırılır.

Sentyabrın 27-də respublika prezidenti vəzifəsindən istefa verdiyi bildirilən Aleksandr Vuçiç hakim Serbiya Tərəqqipərvər Partiyasının siyahısına rəhbərlik edəcək və baş nazirliyə namizəd olacaq. Hakim partiyanın əsas rəqibi isə Novi Saddan olan 56 yaşlı kardioloq İlija Srdanoviçin rəhbərlik etdiyi Tələbə Siyahısıdır. 

Aişə 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью