Serbiya səfiri: Azərbaycanla ticarət dövriyyəsində müsbət impulslar müşahidə olunmaqdadır …
Apa.az saytına istinadən Icma.az xəbər verir. Bu gün Bakıda Serbiyanın Dövlətçilik Gününə həsr olunmuş tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə çıxış edən Serbiyanın fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlieviç bildirib ki, ölkəsi müxtəlif çağırış və problemlərlə üz-üzədir.
Səfir qeyd edib ki, bu çağırış və problemlərdən ən qəlizi separatçılıq, eləcə də suverenlik və ərazi bütövlüyünə təhdidlərlə bağlıdır.
Azərbaycanla münasibətlərdən danışan səfir vurğulayıb ki, ölkəmizlə Serbiyanın oxşar tarixi cəhətləri mövcuddur: Onlardan biri də qarşılaşdığımız problemlərin arasında paralellərin mövcud olmasıdır.
28 il əvvəl başlayan ikitərəfli münasibətlərimiz artıq strateji tərəfdaşlığa çevrilib.
Hazırda qarşılıqlı əlaqələrimiz koordinasiya şəraitində davam edir və strateji tərəfdaşlığa əsaslanır.
Beynəlxalq siyasi münasibətlərdə atılan addımlarımız oxşar xarakter daşıyır.
Son bir neçə ildə ortaq siyasi fəaliyyətimizdə, eləcə də qarşılıqlı səfərlər və xüsusilə də birgə ticarət dövriyyəsində müsbət impulslar müşahidə olunmaqdadır".
Tam oxu
Xəbəri oxu