Serbiya Tramp Qüllələri ni tikməkdən vaz keçdi

16.11.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Serbiya hökuməti "Tramp Qüllələri"nin tikintisi ilə bağlı qərarını dəyişib.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə Serbiyanın tikinti naziri Aleksandra Sofroniyeviç açıqlama verib.

Onun sözlərinə görə, Serbiya ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin şirkəti ilə bağladığı müqaviləni ləğv edib.

Nazir bildirib ki, tərəflər bir-birindən heç nə tələb etməyəcək. Yəni, Serbiya cərimə ödəməli olmayacaq.

Müqavilənin ləğv edilməsinin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Belqradda NATO-nun 1999-cu ildə bombaladığı Baş Qərargah binasının yerində böyük bir kompleks tikilməli idi. Orada otel, kazino və yaşayış binaları olmalı idi. Layihənin adı "Tramp Qüllələri" idi. Hətta 2024-cü ildə hökumət həmin binanın tarixi statusunu ləğv etmişdi. Lakin prokurorluq bu qərarın qanunsuz olduğunu bildirmişdi.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью