Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Serbiya Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, həmçinin Kiyevlə bir sıra sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.
"Biz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Ukraynanın da ölkəmizə münasibətdə eyni mövqedən çıxış etməsinə görə səmimi təşəkkürümüzü bildiririk", - deyə Vuçiç vurğulayıb.
Serbiya liderinin sözlərinə görə, Belqrad Kiyevə humanitar yardım göstərməyə davam edəcək. O, həmçinin Serbiyanın Ukrayna şəhərlərindən birinin bərpasında iştirakını daha da fəallaşdıracağını bildirib.
Bundan əlavə, Vuçiç Serbiyanın Ukraynanın və Avropa İttifaqına üzvlüyə namizəd olan digər ölkələrin Avrointeqrasiya prosesinə dəstəyini bir daha təsdiqləyib.
Xədicə BAXIŞLI