Serbiya və Rusiya prezidentləri sabah danışıqlar aparacaq

06.03.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Serbiya Prezidenti Aleksandr Vuçiç martın 7-də Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli münasibətlərin mühüm məsələlərini müzakirə edəcəyinə ümidvar olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Serbiya KİV məlumat yayıb.

“Sabah günorta Putinlə danışacağam”, - Vuçiç deyib.

Onun sözlərinə görə, Serbiya ilə Rusiya arasında ikitərəfli münasibətlərin, xüsusilə qaz təchizatı məsələsinin, Serbiyanın NİS enerji şirkəti ətrafındakı vəziyyətin, eləcə də bir sıra siyasi məsələlərin müzakirəsi planlaşdırılır.

Vuçiç qeyd edib ki, danışıqları təkcə öz adından deyil, həm də Serb Respublikasının (Bosniya və Herseqovinanın bir hissəsi) Prezidenti Milorad Dodikin adından aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью