Serbiya vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb

07.12.2024

Icma.az, Azpost saytına istinadən bildirir.

Serbiya öz vətəndaşlarını Suriyanı dərhal tərk etməyə çağırıb.

Bu barədə Serbiyanın Suriyadakı səfirliyinin məlumatında deyilir. “Serbiyanın Dəməşqdəki səfirliyi Serbiyanın bütün vətəndaşlarını təcili surətdə Suriya ərazisini tərk etməyə çağırır”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Suriyada təhlükəsizlik vəziyyəti bu həftə daha da pisləşib. Belə ki, suriyalı üsyançı qruplar ölkənin mərkəzində yerləşən iki şəhərə daxil olub, eyni zamanda, Suriyanın üçüncü ən böyük şəhəri olan Homsun beş kilometrliyinə yaxınlaşıb(azərtac).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью