Serbiya vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb AZƏRTAC

07.12.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belqrad, 7 dekabr, AZƏRTAC

Serbiya öz vətəndaşlarını Suriyanı dərhal tərk etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Serbiyanın Suriyadakı səfirliyinin məlumatında deyilir. “Serbiyanın Dəməşqdəki səfirliyi Serbiyanın bütün vətəndaşlarını təcili surətdə Suriya ərazisini tərk etməyə çağırır”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Suriyada təhlükəsizlik vəziyyəti bu həftə daha da pisləşib. Belə ki, suriyalı üsyançı qruplar ölkənin mərkəzində yerləşən iki şəhərə daxil olub, eyni zamanda, Suriyanın üçüncü ən böyük şəhəri olan Homsun beş kilometrliyinə yaxınlaşıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью