Serbiya yığması turniri 3 cü yerdə başa vurdu Dünya çempionatı

01.06.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakda təşkil olunan minifutbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

QOL.az xəbər verir ki, finala qədər irəliləyən  Azərbaycan millisi həlledici matça çıxacaq.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Macarıstanla üz-üzə gələcək. Oyun saat 20:00-da başlayacaq.

Buna qədər isə üçüncü yer uğrunda oyun keçirilib. Saat 18:00-da başlayan görüşdə Serbiya və Monteneqro milliləri qarşılaşıblar. 

Oyunda Serbiya yığması 3:0 hesablı qələbə qazanaraq dünya çempionatını 3-cü yerdə başa vurub. 

1 iyun

Dünya çempionatı

3-cü yer uğrunda oyun

18:00. Monteneqro - Serbiya - 0:3

Final

20:00. Azərbaycan - Macarıstan

Qeyd edək ki,  Azərbaycan millisi qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0). Elşad Quliyevin komandası 1/8 finalda son dünya çempionu Rumıniyanı (1:1, pen.- 2:1) üstələyib. Yığmamız 1/4 finalda İngiltərəni (2:1), yarımfinalda isə Monteneqronu (2:1) məğlub edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью