Serbiyada birgə QES inşa edilir

05.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Serbiyanın Mədən Sənayesi və Energetika Nazirliyinin, “Elektroprivreda Srbije” (EPS), “Srbijagas” şirkətlərinin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri bu ölkənin şəhərində yeni qaz elektrik stansiyasının inkişafı və tikintisi üçün birgə müəssisənin yaradılmasına dair səhmdarlar sazişinin razılaşdırılması üzrə danışıqları İstanbulda başa çatdırıblar. Yaxın bir ay ərzində isə Belqradda 3 şirkət arasında sazişin imzalanması gözlənilir. Bu barədə Serbiya hökuməti məlumat yayıb.

Yeni qaz elektrik stansiyasının gücü 500 meqavata qədər olacaq. Elektrik və istilik enerjisi istehsal edəcək stansiyanın tikintisinin isə 4 il ərzində başa çatdırılması nəzərdə tutulur. Hökumətin məlumatında vurğulanıb ki, EPS, “Srbijagas” və SOCAR-ın ilk birgə layihəsi Serbiya ilə Azərbaycan arasında enerji əməkdaşlığının gücləndirilməsinə mühüm addım olacaq. Stansiyasının tikintisi Serbiyada elektrik enerjisi istehlakının artması fonunda enerji təchizatının etibarlılığını artırmağa və yeni generasiya gücləri yaratmağa imkan verəcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2026-cı ilin fevralında Serbiyaya səfəri çərçivəsində Niş şəhəri yaxınlığında 350 meqavat elektrik və 150 meqavat istilik enerjisi gücünə malik qaz elektrik stansiyasının tikintisi haqqında saziş imzalanıb.

İyun ayının əvvəlində isə EPS və SOCAR Bakıda Nişdəki qaz elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə edilməsi üzrə əməkdaşlığın əsas şərtlərini imzalayaraq, birgə şirkətin yaradılmasının əsas prinsiplərini və layihənin əsas kommersiya parametrlərini müəyyən ediblər.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью