Serbiyada daha bir nazir döyüldü

08.03.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Serbiynın mədəniyyət naziri Nikola Selakoviçə hücum edilib.

Modern.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.

“Mən sizi sülhü qorumağa çağırmaq istəyirəm, çünki onlar layiqli Serbiyaya qalib gələ bilməzlər. Nazir Selakoviçə də axşam saatlarında hücum edilib. Onlar bununla hansısa problemi həll etdiklərini düşünürlər", - Vuçiç deyib.

"Blic" nəşrinin məlumatına görə, nazirin burnu qırılıb. O, kütləvi etirazlar zamanı döyülüb.

Qeyd edək ki bundan əvvəl ədliyyə naziri Maya Popoviç Belqradda küçədə döyüldüyünü bildirmişdi. O, hücumun “müxalifət siyasətçiləri tərəfindən törədilən linç və zorakılıq mühitinin” nəticəsi olduğunu bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью