Serbiyada deputatlar parlamentdə dava salıblar

04.03.2025

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Müxalifət deputatları Serbiya Assambleyasında (parlament) hava fişəngi atıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Serbiya parlamentində yaz sessiyasının ilk iclası keçirilib. Deputatlar ötən il noyabrın 1-də Novi Sad şəhərində dəmir yolu vağzalının uçması zamanı baş vermiş faciə ilə bağlı kütləvi etiraz aksiyaları fonunda təhsil qanununa dəyişikliklərə baxıblar.

Müxalifətin çağırışı təsdiqləndikdən sonra müxalifətçi deputat Radomir Lazoviç ölkə rəhbərliyinə qışqıraraq prezident kürsüsünə tərəf gedib. Dava zamanı müxalifətçilər hava fişəngləri atıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью