Serbiyada gizli düşərgə: Moldovada xaos planlanıbmış...

08.10.2025

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Moldovada sentyabr seçkiləri ərəfəsində Belarus vətəndaşı Aleksandr Xantarou və Rusiya vətəndaşı Sergey Andreenkov Serbiyada gizli təlim düşərgəsi təşkil ediblər.


Sherg.az Nexta-ya istinadən xəbər verir ki, burada 150-dən çox Rusiya meyilli fəala atıcılıq, hədəf tanıma və küçə iğtişaşlarını təşkil etmə taktikaları öyrədilib.

Təlimlər iyul-sentyabr aylarında “Sunčana Reka” kompleksində keçirilib və seçkilərin “arzuolunmaz” nəticəsi halında Moldovada qarışıqlıq yaratmaq məqsədi daşıyıb.

O da bildirilir ki, Moldovada 74 nəfər şübhəli şəxs saxlanılıb, Serbiyada isə düşərgəni maliyyələşdirməkdə ittiham olunan iki nəfər həbs edilib. Avropa Komissiyası məsələ ilə bağlı araşdırma başladıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью