Serbiyada gümüş medal

27.11.2024

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən “Walther Youth Cup” turnirində gümüş medal qazanıb.

O, pnevmatik tapançadan 10 metr məsafəyə atəş üzrə final mərhələsində 235.0 xal toplayıb.

Qeyd edək ki, turnirdə 12 ölkədən 320 idmançı mübarizə aparıb.

L.QURBANOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью