Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, Belqradda partiya fəallarının stendində çıxış edən Brnabiç SNS tərəfdarlarını qarşıdan gələn parlament seçkilərində Vuçiçi baş nazir postuna dəstəkləməyə çağırıb. O təklif edib ki, Vuçiç baş nazir olduğu müddətdə Konstitusiya dəyişdirilsin və onun yenidən prezident seçilməsinə imkan yaradılsın.
Brnabiç sosial mediada yayılan videoda bildirib: "O, baş nazir olduğu müddətdə gəlin Konstitusiyanı dəyişək ki, o, yenidən prezident postuna qayıda bilsin. Görürsünüz, hər şey üçün bir həll yolumuz var".
Son aylarda Vuçiç dəfələrlə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını gündəmə gətirib.
Vuçiç həmçinin prezidentlik müddəti bitdikdən sonra baş nazir vəzifəsinə namizədliyini irəli sürəcəyini qeyd edib. O vurğulayıb ki, prezident və parlament seçkiləri ayrı-ayrılıqda keçiriləcək.
Vuçiçin ikinci prezidentlik müddəti bitir. Serbiya Konstitusiyasına əsasən, eyni şəxsin iki dəfədən artıq prezident seçilməsinə icazə verilmir. Bu səbəbdən mövcud hüquqi qaydalara görə Vuçiç üçüncü müddətə namizəd ola bilməz.
Diqqətəlayiqdir ki, Novi Sad qatar vağzalında tavan örtüyünün uçması nəticəsində baş verən faciədən sonra Serbiyada etiraz hərəkatına rəhbərlik edən tələbələr növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər və seçkilərdə müstəqil namizəd siyahısı ilə iştirak etmək niyyətində olduqlarını bəyan ediblər.
Elvin
Ölkə.az