Serbiyada meşə yanğınları davam edir

10.07.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Belqrad, 10 iyul, AZƏRTAC

Serbiyanın Trebinye bölgəsində meşə yanğınları ilə mübarizə davam edir.

AZƏRTAC xəbər verir ki, artıq beşinci gündür davam edən yanğın güclü külək səbəbində daha geniş əraziyə yayılır. Mülki müdafiə qüvvələri, Daxili İşlər Nazirliyinin iki helikopteri və könüllülər ərazidədir.

Topliça rayonunda isə əksər yanğınlar nəzarət altına alınıb. Həftənin əvvəlindən bəri bölgədə 100-dən çox yanğının qeydə alındığı bildirilib. Serbiyanın Daxili İşlər Nazirliyi yanğınsöndürənlərin 24 saat ərzində 322 müdaxilə etdiyini açıqlayıb.

Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, ölkənin cənubu və şərqi istisna olmaqla, digər bölgələrdəki yanğınlar tam söndürülüb. O deyib ki, insanların tez bir zamanda evlərinə qayıtması üçün ərazinin təmizlənməsinə başlanılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью