Serbiyada qırmızı hava xəbərdarlığı verilib

21.07.2025

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Serbiyada müşahidə olunan anomal istilərlə əlaqədar növbəti 5 gün üçün qırmızı hava xəbərdarlığı elan edilib.

AZƏRTAC xəbər verir ki, bu ölkədə növbəti günlərdə havanın temperaturunun 32-42 dərəcə aralığında olacağı bildirilib. Əhaliyə kölgə yerlərdə qalmaq və günorta saatlarında küçəyə çıxmamaq tövsiyə edilib. Xroniki xəstələrin, xüsusilə ürək xəstələrinin və həssas insanların daha diqqətli olmaları məsləhət görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью