Serbiyada qocalar evində baş verən yanğında 8 nəfər ölüb AZƏRTAC

22.01.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belqrad, 22 yanvar, AZƏRTAC

Serbiyanın Barayevo əyalətinin Veliki Bork qəsəbəsindəki “İvanoviç” adlı qocalar evində güclü yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 7 nəfər yaralanıb, onların vəziyyəti stabildir. Mülki müdafiə qüvvələri 19 nəfəri təxliyə ediblər.

Faktla bağlı araşdırmalar aparılır. Prokurorluğun qərarı ilə yanğınla bağlı 3 nəfər saxlanılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью