Serbiyada rusyönümlü siyasətçilər istefaya göndəriləcək

12.08.2025

Azvision saytına istinadən Icma.az xəbər verir.

Bu barədə Rusiyanın "TASS" xəbər agentliyi Serbiya hökumətindəki mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Baş nazir öz qərarını gələn həftə həyata keçirə bilər.
"İstefaya göndəriləcək şəxslər arasında aparat rəhbəri və milli təhlükəsizlik müşaviri Miloş Ançiç, xarici siyasət üzrə baş müşavir Aleksandra Nikoliç, baş qərargah rəisinin müavini Ana Yovançiç və baş məsləhətçi Bilyana Boqiçeviç də var", – "TASS" diqqətə çatdırıb.
Məlumata görə, adları çəkilən şəxslər rusyönümlü siyasətçilər sayılırlar. Onlar əvvəllər Serbiyanın keçmiş Baş nazirinin müavini Aleksandr Vulinin kabinetində işləyiblər.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью