Serbiyada siyasi qərar: parlament buraxılır

08.09.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Serbiya Parlamentinin cari çağırışı sentyabrın 9-da buraxılacaq, növbədənkənar seçkilər isə oktyabrın 25-də keçiriləcək.

Modern.az “Report”a istinadla xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Serbiya Radio və Televiziyasının efirində bildirib.

“Mən iki qərarı təsdiq etməliyəm – parlamentin buraxılması və seçkilərin keçirilməsi haqqında fərmanları. Hər iki qərarı sabah günorta açıqlayacağam. Seçkilər oktyabrın 25-də keçiriləcək”, – Serbiya lideri deyib.

Daha əvvəl Serbiyanın Baş naziri Curo Matsut seçkilərdən əvvəlki standart prosedur çərçivəsində prezidentə parlamentin buraxılması barədə təklif göndərib.

Vuçiç özü Serbiya Tərəqqi Partiyasından ölkənin baş naziri postuna namizədliyini irəli sürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью