Serbiyada VƏZİYYƏT GƏRGİNDİR: 30 mindən çox etirazçı nümayiş keçirir VİDEO

15.03.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Belqradın mərkəzində 30 mindən çox insan hökumətə qarşı etiraz aksiyası keçirib.
Bizim.Media xəbər verir ki, nümayişçilər şəhərin mərkəzinə doğru axışıblar, “15 nəfər üçün ayın 15-i” devizi ilə şüarlar səsləndirirlər.
Onlar bu günə genişmiqyaslı aksiya planlaşdırırlar.
Avtomobil etiraz aksiyasında izdihamın üstünə sürüb, 3 nəfəri vurub. Hadisəni törədən sürücü saxlanılıb.
Qeyd edək ki, ölkədə kütləvi etirazlar dörd ay əvvəl Novi Sad şəhərində dəmiryol vağzalında tavanın uçması nəticəsində 15 nəfərin ölümündən sonra başlayıb.


Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью