Serbiyalı basketbolçu NBAda yeni uğura imza atıb

06.12.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Denver" klubunun üzvü Nikola Yokiç Milli Basketbol Assosiasiyasında (NBA) yeni uğura imza atıb.

"Report"un məlumatına görə, 29 yaşlı oyunçu buna “Klivlend”ə uduzduqları (114:126) müntəzəm mövsümün matçında nail olub.

Görüşdə tripl-dablla (27 xal, 20 ribaund, 11 assist) yadda qalan serbiyalı NBA-da bunu 139-cu dəfə bacarıb.

Yokiç bu göstəriciyə görə keçmiş basketbolçu Mecik Consonu (138) keçərək üçüncü olub. Tripl-dabllarda "Denver"in digər üzvü Rassell Uestbruk (200) birinci, sabiq oyunçu Oskar Robertson (181) ikincidir.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью