Serbiyalı futbolçu “Fənərbağça”da RƏSMİ

01.02.2025

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin “Fənərbağça” komandası serbiyalı futbolçu Oqnyen Mimoviçin transferini açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Serbiya təmsilçisi “Srvena Zvezda”dan transfer edilən 20 yaşlı müdafiəçi ilə 4 il 6 ay müddətinə müqavilə imzalanıb.

Qeyd edək ki, gənc oyunçu Serbiya klubunun heyətində bu mövsüm 18 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью