Serbiyalı mütəxəssis “Sabah” klubunun məşqçilər korpusunda yer alacaq

20.08.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Tanınmış serbiyalı mütəxəssis Aleksandar Trifunoviç “Sabah” basketbol klubunun məşqçilər korpusunda yer alacaq.

Fanat.Az xəbər verir ki, “Srvena Zvezda” (Serbiya), “Jalqiris”, “Ritas” (Litva) kimi klublarda işləyən, 2022-ci ildə Azərbaycan millisinə də rəhbərlik edən çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb.

Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Bundan əlavə, litvalı köməkçi məşqçi Mindauqas Janiska ilə də 1 illik sözləşmə bağlanıb.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью