Serbiyalı mütəxəssis Zuğulbada basketbolçu seçir FOTO

23.08.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Zuğulba tədris idman bazasında 13 yaşlı 30 basketbolçu arasında milli komanda üçün seçim prosesinə start verilib.

İdman.biz xəbər verir ki, seçim prosesinə Azərbaycan Basketbol Federasiyasının (ABF) uşaq basketbolu üzrə baş koordinatoru serbiyalı mütəxəssis Milan Kotoraç rəhbərlik edir.

Seçimlərdə digər yerli məşqçilərimiz tərəfindən basketbolçuların texniki bacarıqları, taktiki düşüncə qabiliyyəti və fiziki hazırlıq səviyyəsi dəyərləndirilir. Baxış mərhələsinin əsas məqsədi gələcəkdə milli komandanı təmsil edə biləcək istedadlı oyunçuların müəyyənləşdirilməsi və onların inkişaf potensialının qiymətləndirilməsidir.

Qeyd edək ki, seçimlər avqustun 31-də yekunlaşacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью