Serbiyalı ulduz Beşiktaş üçün Türkiyəyə gəlir!

12.08.2026

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

''Beşiktaş'' uzun müddətdi, danışıqlar apardığı Duşan Vlahoviçin transferini nəhayət, başa çatdırmaq üzrədi.

Türkiyə mənbələrinin yazdığına inansaq, tərəflər arasında artıq bütün məsələlərdə anlaşma əldə olunub və serbiyalı forvard çərşənbə günü, avqustun 12-də yerli vaxtla saat 19.00 radələrində İstanbula gələcək. Vlahoviç tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Onun üçün cümə günü stadionda saat 19.03-də imza mərasimi keçiriləcək.
İddialara inansaq, son 48 saat ərzində rəhbərlik bu transferi tamamlamaq üçün bütün gücünü səfərbər edib. Srağagün idman direktoru Öndər Özən ilə baş skaut Eduard Qraf, dünən isə başqan Sərdal Adalı özü şəxsən Belqrada yollanıb. Məhz bunun sayəsində tərəflər arasında anlaşma əldə olunub.
Keçidin detallarına gəlincə, Vlahoviçə illik 8 milyon avro maaş təklif olunub. Bundan başqa ''Yuventus''dan ayrıldığı üçün sərbəst oyunçu statusunda olan 26 yaşlı forvarda bonuslar və imza parası da ödəniləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью