Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Serbiyalı ulduz müdafiəçi Nemanya Vidiçin böyük qardaşı Duşan Vidiç Belqradda ölü tapılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Telegraf" yayıb. Onun ölümünün səbəbləri hələlik aydınlaşdırılmayıb.
Nemanya Vidiç şərh verməkdən imtina edib. Duşanın ölümünü "Yedinstvo Ujits"in məşqçisi Draqan Maryanoviç təsdiqləyib.
Duşan və Nemanya karyeralarına burada başlayıblar. Vidiçin böyük qardaşı daha sonra futboldan uzaqlaşıb.
Amma o, kiçik qardaşının böyük futbolçu olmasında əsas rol oynayıb, müsahibələrində özünü "Nemanyanın ilk məşqçisi" adlandırıb.
Nemanya Vidiçin 44 yaşı var. O, "Mançester Yunayted"dəki çıxışı ilə daha çox tanınır. Serb futbolçu İngiltərə klubu ilə 15 kubok qazanıb.
Abunə Ol Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.