Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Serbiyanın 2035-ci ilə qədər inkişaf planı təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
Serbiya Prezidenti hökumətin bu istiqamətdə çox çalışdığını və böyük səylər sərf etdiyini bildirib. Qeyd edib ki, növbəti 10 illik inkişaf planının sentyabr ayında təqdim olunması nəzərdə tutulur.
“İnkişaf planı infrastrukturdan investisiyaya qədər bir çox yenilikləri ehtiva edəcək. İlin sonuna kimi Serbiyada orta əməkhaqqı təxminən 1000 avro olacaq. Eyni zamanda, qarşıdakı dövrdə yeni dəmir yolu xətlərinin inşası ilə Serbiyanın cənubunu Belqrad və Mərkəzi Avropa ilə birləşdirmək istəyirik”, - deyə o bildirib.