Serbiyanın idman naziri Azərbaycana gəlib

08.06.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 8-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Serbiya Respublikasının idman naziri Zoran Qayiçlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Həmçinin təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью