Serblərin lideri xəstəxanaya yerləşdirildi

08.12.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Bosniya serblərinin liderinin ofisi məlumat yayıb.

Məlumata görə, dekabrın 8-də günorta saatlarında o, Belqradda müayinə olunub, daha sonra ilkin diaqnoza əsasən, qida borusu və mədəsində cərrahiyyə əməliyyatı nəzərdə tutulub.

Digər təfərrüatlar hələ açıqlanmır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью