Sərdar Ayaz Sadiq Azərbaycanın İslamabaddakı səfirliyində oldu

02.01.2025

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycanın İslamabaddakı səfirliyində olub.

Sfera.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

“A.Sadiq AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə bağlı Azərbaycan hökümətinə və xalqına dərin hüznlə başsağlığı verib və xəsarət alanlara şəfa diləyib”, - məlumatda bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью