Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Ədalət partiyasının sədri Mütəllim Rəhimli Globalinfo.az-a son proseslərlə bağlı açıqlama verib.
O, ADP sədri Sərdar Cəlaloğlunun ittihamlarını da cavablandırıb.
M.Rəhimli bildirib ki, Ədalət partiyası ölkənin siyasi həyatında fəaliyyət göstərən ilk qurumlardan biri kimi fəaliyyəti dövründə kifayət qədər yaxşı izlər qoyub.
Onun sözlərinə görə, Ədalət partiyasının mərhum sədri İlyas İsmayılov siyasi müstəviyə əxlaqi dəyərləri gətirməyi bacarıb.
“O qeyd edirdi ki, siyasətlə əxlaqlı adamlar məşğul olmalıdır. Çünki siyasət xalqın taleyidir.
ADP sədri olduğu dövrdə bu partiya ilə Müsavat arasında olan düşmənçilik münasibətlərinə son qoyub.
Rəqiblərinin tənqid və yalanlarına dözümlü yanaşmağı bir nümunə kimi göstərib.