Serdar Ortaç bu dəfə danışdığı sözlərlə gündəm oldu VİDEO

12.12.2024

Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Serdar Ortaç bu dəfə danışdığı sözlərlə gündəm oldu - VİDEO

Qeyri-qanuni mərc araşdırmasında saxlanıldıqdan sonra əvvəlcə ev dustaqlığı çıxarılan, sonra isə xəbərdarlıq qərarı ləğv edilən məşhur müğənni Serdar Ortaç yenidən səhnəyə qayıdıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, bir daha qumar oynamayacağını deyən Ortaç sosial şəbəkədə açdığı canlı yayımda yenə özünə hakim ola bilməyib.

İzləyiciləri ilə söhbət edən Ortaç ondan qumar vərdişi haqda soruşanda əsəbiləşib. Ortaç canlı yayımda ağlına gələni deyib.

Tanınmış müğənni "Nə israfçılığı, daha nə qumar... Bax, məndən qumar haqqında soruşan adamın başına vuracağam, bunu burdan edə bilmərəm , amma üzbəüz edə bilmirəm. Burada mənim həyatım alt-üst olub, hələ də məndən qumar haqqında soruşurlar" - deyib.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью