Serdar Ortaç əlil arabasında VİDEO

05.12.2024

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uzun illərdir dağınıq sklerozdan əziyyət çəkən türkiyəli məşhur müğənni Serdar Ortaç son görüntüləri ilə pərəstişkarlarını məyus edib.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, məşhur ifaçının konsertindən əvvəl və sonra əlil arabasında hərəkət etdiyi videogörüntü yayılıb.

Görüntülərdə Ortaçın pərəstişkarları ilə foto çəkdirərkən arabadan çətinliklə durduğu və yeriyərkən əziyyət çəkdiyi, köməyə ehtiyac duyduğu görünür.

Xatırladaq ki, dağınıq sklerozla uzun illərdir mübarizə aparan ifaçı xəstəliyi ilə əlaqədar ayağının amputasiya oluna biləcəyini deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью